Azərbaycanda maqnit qasırğası gözlənilir

  05 Avqust 2019    Oxunub : 1604
 Azərbaycanda maqnit qasırğası gözlənilir
Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. SDO/AIA 304 görüntülərində 4 avqust /16.40 UTC-də NE kvadrantında filament (sap) püskürməsi qeydə alınıb. Koronoqraflarda CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri əldə olunduqdan sonra analizi həyata keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb: “Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 335 km/san olub Ümumi maqnit sahəsi 2-5 nT intervalında olub. Bzkomponenti +2 və -4 nT intervalında zəif dəyişib.

Phi bucağı 04 avqust/08.50 UTC-ə qədər dəyişkən olub. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=3, 4). Kosmik hava proqnozu – Proqnoz dövründə (05 - 07 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (05 – 07 avqust) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin güclənməsi hesabına yüksələcəyi proqnozlaşdırılır”.

Bildirilib ki, 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (05 – 07 avqust) fon səviyyələrində davam etməsi gözlənilir:

“Proqnoz dövründə (05 - 07 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq. Proqnoz dövründə ilk iki gün (05, 06 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (07 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. Ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir”.

Azvision.az

Teqlər: Günəş