XİN-dən ABŞ-dakı silahlı insidentlərlə bağlı başsağlığı

   XİN-dən ABŞ-dakı silahlı insidentlərlə bağlı başsağlığı
  04 Avqust 2019    Oxunub:1984
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş verən atışmalar nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilib: “Biz Texasın El Paso və Ohayonun Deyton şəhərlərində baş verən atışmalar nəticəsində günahsız insanların ölümü və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik".

Xatırladaq ki, ötən gün ABŞ-ın El Paso şəhərində Sielo Vista ticarət mərkəzində 21 yaşlı gənc insanlara atəş açıb. Nəticədə 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Daha bir atışma isə ABŞ-ın Deyton şəhərində baş verib və atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Azvision.az



Teqlər: XİN   ABŞ   Başsağlığı  





Xəbər lenti