Binədə oğurluq edən 3 nəfər tutuldu

Binədə oğurluq edən 3 nəfər tutuldu
  03 Avqust 2019    Oxunub:1355
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan Polis Bölməsinin əməkdaşları cinayətkarlıqla qətiyyətli mübarizə aparırlar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mağazasından ərzaq malları, tütün məmulatı və enerji içkilərinin oğurlandığını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş P.Nəbiyev, Ş.Məmmədli və S.Əliyev saxlanılıblar.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğurluq   Binə  





Xəbər lenti