“Salaam Cinema Baku” dövlət tərəfindən mühafizə olunacaq

   “Salaam Cinema Baku” dövlət tərəfindən mühafizə olunacaq
  03 Avqust 2019    Oxunub:3803
Nazirlər Kabineti “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, qərara əsasən, Bakı şəhəri, S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən 1913-cü ildə tikilmiş İbadət evi (“Salaam Cinema Baku”) və R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məscid "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda Memarlıq abidələri” bölməsinə daxil edilib. Hər iki abidə dövlət tərəfindən mühafizə olunacaq.

Qeyd edək ki, “Salaam Cinema Baku” hazırda kinoteatr kimi fəaliyyət göstərir.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti