Avqustun birinci ongünlüyündə hava qeyri–sabit keçəcək

 Avqustun birinci ongünlüyündə hava qeyri–sabit keçəcək
  02 Avqust 2019    Oxunub:2073
Avqustun birinci ongünlüyündə ölkə ərazisində qeyri–sabit hava şəraitinin üstünlüyü gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra, şımal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində, avqustun 02-i axşamdan 04-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 05-06 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 05-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 05-i səhərdən 08-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 05-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlagədar əhalini acıq havada olarkən bu faktoru nəzərə almaqlarını tövsiyə edirik.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti