Qəzaya düşən sürücü xəstəxanada öldü

Qəzaya düşən sürücü xəstəxanada öldü
  02 Avqust 2019    Oxunub:1230
Sabirabad rayonunda yol qəzası baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 1-də saat 15 radələrində Sabirabad rayonunun Yastıqobu kəndi ərazisində Qalağayın kənd sakini Fərzəli Fərzəliyevin idarə etdiyi “VAZ-21074” və Qaratəpə kənd sakini E.Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş F.Fərzəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti