Soyğunçuluq edən şəxs saxlanılıb

Soyğunçuluq edən şəxs saxlanılıb
  02 Avqust 2019    Oxunub:1468
İyulun 29-da Yevlax şəhər sakini A.Cəfərova RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki bazarda olarkən içərisində pul və bankomat kartları olan pul qabının oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Cəfərovaya məxsus içində 3360 manat və iki ədəd bankomat kartları olan pul qabını götürərək soyğunçuluq etmiş rayon sakini, əvvəllər məhkumluğu olan Samir Məmmədov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayəti işi başlanılıb, araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Yevlax   Soyğunçuluq  





Xəbər lenti