Rusiya ermənilərin sərhəddəki təxribatlarından narahatdır

  01 Avqust 2019    Oxunub : 3078
 Rusiya ermənilərin sərhəddəki təxribatlarından narahatdır
"Biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq"
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova bildirib ki, gərginliyin artması atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla ziddiyyət təşkil edir.

"Biz hesab edirik ki, gərginliyin artması qəbulolunmazdır və tərəfləri təmkin nümayiş etdirməyə, güc tətbiqindən imtina etməyə və vəziyyətin sabitləşməsinə yönəlmiş tədbirlər görməyə çağırırıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə bir sıra təxribatlar törədib. Düşmən atəşkəs rejimini pozaraq Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərini atəş tutub. Ötən gün baş verən təxribat nəticəsində bir hərbi qulluqçumuz yaralanıb.

Azvision.az

Teqlər: Rusiya   XİN   Zaxarova   Sərhəd