Azərbaycanda 14 nəfər qidadan zəhərlənib

   Azərbaycanda 14 nəfər qidadan zəhərlənib
  01 Avqust 2019    Oxunub:1797
İyul ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1632 müraciət daxil olub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Azvision.az -a verilən məlumata görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olub.

Azvision.az


Teqlər:





Xəbər lenti