Cavid Qurbanovun vəzifə verdiyi xanım kimdir?

 Cavid Qurbanovun vəzifə verdiyi xanım kimdir?
  01 Avqust 2019    Oxunub:10648
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində bu gün keçirilən kollegiya iclasında cari məsələlərlə yanaşı təşkilatı məsələlərə də baxılıb.
QSC-dən Azvision.az -a verilən məlumata görə, aparılan yeni struktur və kadr islahatları nəticəsində Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb.

Cəmiyyətin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Qənaət qızı Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Natəvan Qənaət qızı Bayramova 1984-cü ildə anadan olub. 2001-ci ildə Əzizibəyov rayonu 234 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2005-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb.

2005-ci ildən 2018-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif vəzifələrdə çalışıb. Hal - hazıradək ictimai əsaslarla İctimai Teleradio Yayım Şurasının katibidir.

2018-ci ildən bu günədək Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də İnzibati işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ailəlidir. 2 övladı var.

Azvision.az



Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti