“Qarayara xəstəliyi insanlara torpaqdan da keçir” - Yolçu Xanvəli

   “Qarayara xəstəliyi insanlara torpaqdan da keçir” -    Yolçu Xanvəli
  31 İyul 2019    Oxunub:3880
Azərbaycanda heyvanlar arasında qarayara və digər xəstəliklərə görə epizodik vəziyyət sabitdir. Heç bir narahatçılıq yoxdur.
Bunu Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baş məsləhətçisi Yolçu Xanvəli deyib. O bildirib ki, qarayara xəstəliyi insana tək heyvandan deyil, torpaqdan da keçir:

“Bu xəstəlik təbiətdə var və torpaq infeksiyası adlanır. Qarayaranın əsas ocağı torpaqdır. Torpaqda xəstəliyin törədicisi varsa, yüz illərlə qalır və hər an aktivləşə bilər. Azərbaycanda qarayara xəstəliyi torpaq infeksiyasına görə ocaqlar kifayət qədər çoxdur. Ölkədə həm iri buynuzlu, həm xırda buynuzlu, həm dəvələr, həm tək dırnaqlı heyvanlar arasında hər il təqdimə uyğun peyvəndləmə aparılır. Cari ilin 6 ayı ərzində 2.5 milyondan artıq iri buynuzlu,7 milyondan artıq xırda buynuzlu heyvan qaraya yaraya görə peyvəönd olunub”.



Y.Xanvəli əlavə edib ki, Sabirabad rayonunda 2 nəfərin qarayaraya necə yoluxması barədə məlumatlı deyil.

Qeyd edək ki, Sabirabad rayonunda iki nəfər qarayaraya yoluxub. Onlardan biri - 60 yaşlı kişi 29 iyul tarixində dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti