Hərbi aşpazlarımız Rusiyaya gedib

Hərbi aşpazlarımız Rusiyaya gedib
  31 İyul 2019    Oxunub:1694
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə gələn Azərbaycanın hərbi aşpazları təlimat alaraq təhlükəsizlik və texniki vasitələrin istismarı qaydalarını öyrəniblər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hərbi aşpazlarımız həmçinin qida məhsulları ilə işləməyə buraxılmaları üçün tibbi müayinədən keçiblər.

Avqustun 3-də Alabino poliqonunda dünyanın 10 ölkəsindən olan hərbi aşpazlar milli təamların hazırlanması üzrə ustalıqlarını nümayiş etdirəcəklər. Hazırda hərbi aşpazlar “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər.

Azvision.az


Teqlər: Aşpaz   MN  





Xəbər lenti