“Qarabağ”dan azarkeşlər üçün jest

“Qarabağ”dan azarkeşlər üçün jest
  31 İyul 2019    Oxunub:1704
“Qarabağ” klubu bu gün "Dundalk"la keçiriləcək oyunu izləyəcək azarkeşlər üçün xüsusi avtobuslar ayırıb.
Azvision.az xəbər verir ki, saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından oyunun keçiriləcəyi “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.

“Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş mümkün olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.

Qeyd edək ki, "Qarabağ" saat 21:00-da Çempionlar Liqasının II təsnifat mərhələsində "Dalğa Arena"da İrlandiyanın "Dundalk" klubu ilə qarşılaşacaq.

Azvision.az



Teqlər: Qarabağ   Avtobus   ÇL  





Xəbər lenti