İstanbul-Bakı reysi 12 saat gecikdi - AZAL-dan açıqlama

 İstanbul-Bakı reysi 12 saat gecikdi -    AZAL-dan açıqlama
  31 İyul 2019    Oxunub:2241
AZAL-ın Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan təyyarəsi 12 saat gecikib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Azvision.az -a bildirib ki, dünən saat 13:20-də “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi texniki səbəblərə görə gecikib.
Təyyarə gecə saat 01:10-da havaya qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Aytən Zəhra
Azvision.az


Teqlər: AZAL   Təyyarə   İstanbul  





Xəbər lenti