Bu günədək 3,1 milyon tondan çox taxıl yığılıb

Bu günədək 3,1 milyon tondan çox taxıl yığılıb
  30 İyul 2019    Oxunub:1503
Respublika ərazisində taxıl biçini davam edir. İyulun 30-na olan operativ məlumata görə, ölkə ərazisində 1003743 hektar ərazidə taxıl biçini aparılıb, 341116 hektar ərazidə arpa, 662627 hektar ərazidə buğda biçini başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu günədək cəmi taxıl sahələrinin 99,2 faizi biçilib. Ümumilikdə, bu günədək ölkə üzrə 3161692,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.

Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Daşkəsən, Şabran, Füzuli, Naftalan, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala və Zərdabda taxıl biçini başa çatıb. Naxçıxan Muxtar Respublikasında, Qobustan, Şamaxı və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahə artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin isə 21948 hektarında biçin yekunlaşıb. Rayonda arpa üzrə məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir.

Naxçıvan Muxtar Respublikasında arpa əkilmiş 8579 hektar sahənin 8469 hektarı, buğda əkilmiş 24729 hektar sahənin isə 23037 hektarı artıq biçilib. Arpa üzrə məhsuldarlıq 29,7 s/ha, buğda üzrə məhsuldarlıq isə 31,0 s/ha təşkil edir.

Goranboy, Şəmkir və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.

Azvision.az


Teqlər: Taxıl   Biçin   KTN  





Xəbər lenti