Əmək müqaviləsinə bu şərtlər daxil edilə bilməz

Əmək müqaviləsinə bu şərtlər daxil edilə bilməz
  30 İyul 2019    Oxunub:1788
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qax rayonunda işəgötürənlər üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.
Azvision.az -ın məlumatına görə, tədbirdə bildirilib ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqviləsinin bağlanması və hüquqi qüvvəyə mindikdən sonra işçi ilə işəgötürən arasındakı münasibətlərin tənzimlənməsi mövcud qanunverilicilik aktları çərçivəsində bu müqavilə ilə tənzimlənir.

Əmək müqaviləsi bağlanarkən işçi və işəgötürənin hüquq və vəzifələri bu müqavilə ilə müəyyən edilmiş normalara əsasən müəyyən edilir. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir.

Həmçinin, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-rəsmi məşğulluq və onun qarşısının alınması ilə bağlı da çıxışlar olub. Bildirilib ki, rəsmiləşdirilməyən əmək münasibəti işçiləri əmək və sosial hüquqlardan məhrum edir, vergi və sosial sığorta daxilolmalara ciddi ziyan vurulması ilə nəticələnir.

Tədbirdə müvafiq mövzularda maarifləndirici çap materialları paylanıb, iştirakçıların sualları cavablandırılıb.

Azvision.az




Teqlər: ƏƏSMN  





Xəbər lenti