Yeni metro qatarları gələn ay xəttə buraxılacaq

Yeni metro qatarları gələn ay xəttə buraxılacaq
  30 İyul 2019    Oxunub:1309
Gələn aydan etibarən Bakı metrosunda 2 yeni qatar xəttə buraxılacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi qeyd edib ki, Bakıya gətirilən yeni qatarlar hazırda depoda saxlanılır, sazlama işləri həyata keçirilir. Bundan sonra qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq. Onun sözlərinə görə, 2 yeni qatar isə avqust ayının sonlarında Bakıya gətiriləcək.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC bu il Rusiyadan 6 qatar alıb. Onlardan 4-ü Bakıya gətirilib.

Azvision.az



Teqlər: Metro   Qatar  





Xəbər lenti