16 cinayətin üstü “isti izlər”lə açıldı

16 cinayətin üstü “isti izlər”lə açıldı
  30 İyul 2019    Oxunub:1431
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılıb.
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Cinayət  





Xəbər lenti