Silah və narkotik satanlara qarşı əməliyyat keçirildi

   Silah və narkotik satanlara qarşı əməliyyat keçirildi
  30 İyul 2019    Oxunub:1992
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı və narkotik vasitələr satan şəxslərə qarşı əməliyyat keçirib
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq silah-sursat gəzdirən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Belə ki, daxil olan məlumat əsasında Yasamal rayon sakini Firuz Kərimov Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi “VAZ 2121” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ola məxsus olduğunu etiraf edib.



Baş İdarə ənməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıb. Onun Abşeron rayonu, Quşçuluq massivində yerləşən evinə baxış zamanı satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 980 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.



Baş İdarə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Biləsuvar rayon sakini Qadir Qarayev paytaxt ərazisində tutulub. Onun idarə etdiyi “QAZ 2411” markal avtomobilə baxış zamanı külli miqdarda 1 kiloqramdan artıq narlkotik vasitə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs heroini yaşadığı rayondan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə Bakı şəhərinə gətirən zaman polislər tərəfindən saxlanıldığını qeyd edib.
Qeyd edilən hər 3 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.



Azvision.az


Teqlər: Narkotik   Silah  





Xəbər lenti