İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi
  30 İyul 2019    Oxunub:2418
İranın Bakıdakı səfirliyi İran İslam Respublikası adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirib.
Bu barədə Azvision.az -a İranın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Həmçinin Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.

Səfirlik bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: İran   DSX   Xəzər   Şəbahəng  





Xəbər lenti