Kosmik hava durumu və proqnoz açıqlanıb

   Kosmik hava durumu və proqnoz açıqlanıb
  30 İyul 2019    Oxunub:2262
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Azvision.az -a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.

İyulun 29 –dan 31-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağı qiymətləndirilir.

Azvision.az



Teqlər: Rəsədxana   Proqnoz  





Xəbər lenti