Düşmən Azərbaycan sərhədində təxribat törətdi - FOTO

  Düşmən Azərbaycan sərhədində təxribat törətdi -  FOTO
  27 İyul 2019    Oxunub:8539
Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.
Dövlət Sərhəd Xidmətindən Azvision.az -a verilən məlumata görə, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa-mətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulmuş, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.





Azvision.az



Teqlər: DSX   Sərhəd   Təxribat  





Xəbər lenti