Xəzərdə gəminin batma səbəbi açıqlandı

 Xəzərdə gəminin batma səbəbi açıqlandı
  27 İyul 2019    Oxunub:3753
İranın “Şəbahəng” quru-yük gəmisinin Xəzər dənizində batmasının səbəbi məlum olub.
Azvision.az -ın məlumatına görə, Azərbaycan sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyev bildirib ki, gəminin batmasına ağır yük və fırtınalı hava şəraiti səbəb olub.

Qeyd edək ki, bu gün Xəzər dənizinin Azərbaycan sahilində batan İrana məxsus gəminin Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən xilas edilmiş heyət üzvləri axşam saatlarında Bakıya gətirilib.

Azvision.az



Teqlər: DSX   Gəmi   İran  





Xəbər lenti