Daxili Qoşunlar kursant qəbulu elan edir

Daxili Qoşunlar kursant qəbulu elan edir
  26 İyul 2019    Oxunub:2842
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 27, 29, 30 və 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

Azvision.az



Teqlər: DİM   Kursant  





Xəbər lenti