"ABAD"ın fəaliyyəti Malaziyada təqdim olunub
Kursda Banqladeş, Samoa, Şri-Lanka, Vyetnam, Konqo, Filippin, Qırğızıstan, Kamboca ilə yanaşı Azərbaycan da təmsil olunub. İnformativ və praktiki sessiyalarla yanaşı iştirakçılar Malayziyanın Kənd Təsərrüfatının İnkişafı və Xarici işlər nazirlikləri, Putra Malayziya Universiteti və digər yerli qurumlarla tanış olublar, yerli kiçik sahibkarlarla fikir mübadiləsi aparılıb.
Kurs çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti və mexanizmi ilə bağlı geniş məlumat verilib, “ABAD” haqqında xüsusi təqdimat gerçəkləşib və iştirakçıların sualları cavablandırılıb.
Azvision.az