Bakıda “küçə sənətçiləri” üçün pulsuz yerlər ayrıldı

  26 İyul 2019    Oxunub : 2942
 Bakıda “küçə sənətçiləri” üçün pulsuz yerlər ayrıldı
Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi "Küçə sənətçiləri" adlı layihəsinin təqdimatını keçirib.

Azvision.az -ın məlumatına görə, Bakı İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib ki, bu gündən başlayaraq hər bir istedadı olan gənc onlara elektron formada və zəng edərək müraciət edə bilər.
"Müraciətlər əsasında ayda bir dəfə onlar kastinqə dəvət olunacaq. Kastinqdən keçənlərə Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək. "Küçə sənətçiləri"nin çıxış edəcəyi məkanlar turistlərə görə müəyyən olunur. Turistlərin getdiyi yerlər çoxalarsa, gələcəkdə məkanların sayı artırıla bilər".



R.Bağırov qeyd edib ki, müsabiqədən keçən sənətçilərə 3 ay müddətində fəaliyyət göstərmələri üçün rəy veriləcək: "3 aydan sonra onlar fəaliyyət müddətini artıra və ya fəaliyyətlərini dayandıra bilərlər. "Küçə sənətçiləri" nin fəaliyyəti üçün rüsum nəzərdə tutulmayıb. Fəaliyyətləri zamanı topladıqları vəsait özlərinə qalacaq".





Aytən Zəhra
Azvision.az

Teqlər: Küçə-Sənətçiləri