Xəzərdə itkin düşən polkovnikin FOTOLARI

   Xəzərdə itkin düşən polkovnikin    FOTOLARI
  25 İyul 2019    Oxunub:8632
Xəbər verdiyimiz kimi, dünən saat 22.00 radələrində təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Naməlum şəraitdə baş vermiş aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Hazırda pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir.











Azvision.az


Teqlər: Pilot   Təyyarə   Polkovnik  





Xəbər lenti