Azərbaycanda 47 nəfəri ilan sancıb, 7-si uşaqdır

 Azərbaycanda 47 nəfəri ilan sancıb,   7-si uşaqdır
  24 İyul 2019    Oxunub:3353
2019-cu ilin aprel ayından bu günə qədər 47 ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət daxil olub.

Bu barədə Azvision.az -a Şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov məlumat verib. O bildirib ki, müraciətlər əsasən gürzə ilanın sancması ilə bağlıdır. 11 xəstədə ağırlaşma qeydə alınıb.
“Ölüm faktı olmayıb. Ümumi müraciətlərdən 7-si uşaqları ilan sancması ilə əlaqədardır. Ən çox müraciətlər Bakıətrafı kəndlər, Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Qəbələ, Şamaxı, Şəmkir, Tovuz, Gəncə və cənub bölgəsindən edilib. Müraciətlər ötən ilin müvafiq dövrü ilə eynidir”.

A.Maqsudov, həmçinin qeyd edib ki, qara qurd sancmasına görə onlara 4 müraciət olub: “Əqrəb sancması ilə bağlı 11 nəfər müraciət edib, ölüm halı olmayıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Azər-Maqsudov   İlan   Gürzə  





Xəbər lenti