“Mətbuat Günündə mənə ev veriləcəyini gözləyirdim” - Murad Köhnəqala

 “Mətbuat Günündə mənə ev veriləcəyini gözləyirdim” -   Murad Köhnəqala
  24 İyul 2019    Oxunub:2500
“Mətbuat Günündə günortaya qədər xəbər gözləyirdim. Günortadan sonra ümidim tam üzüldü. Təxminən saat 17:00-da Bakı Şəhər İcra Hakimiyyətindən zəng gəldi və məni ora dəvət etdilər. Ayın 23-də bildim ki, mənə mənzil hədiyyə edilib. Evin sənədini mənə verdilər və yerləşdiyi ünvana göndərdilər”
Bu fikirləri Azvision.az -a tanınmış yazıçı-şair Murad Köhnəqala deyib. Prezident tərəfindən mənzil hədiyyə edilən Köhnəqala buna görə sevincli olduğunu söyləyib.

"Mənzil Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsində yerləşir. İki otaqdan ibarətdir. Bina təxminən açıq kitab formasındadır. Binanın bir tərəfi tikilib və insanlar mənzillərinə köçüblər. Bizə verilən tərəfdə hazırda iş gedir. İş icraçısının dediyinə görə, bina 3-4 aya tam hazır olacaq. Hazırda həmin mənzil təmirsizdir".

Qeyd edək ki, bir qrup ziyalı şəxs Murad Köhnəqalanın mənzil probleminin həll ilə bağlı ölkə başçısına müraciət etmişdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Mənzil   Murad-Köhnəqala  





Xəbər lenti