İyulun 30-da növbəti hərrac keçiriləcək

İyulun 30-da növbəti hərrac keçiriləcək
  24 İyul 2019    Oxunub:1617
İyulun 30-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən Azvision.az -a bildirilib ki, emissiyanın həcmi 25 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 8 faizdir. İstiqrazlar 2021-ci il iyulun 27-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Azvision.az



Teqlər: BFB   Hərrac  





Xəbər lenti