Keçmiş müavin Baş nazir ola bilər

  23 İyul 2019    Oxunub : 868
Keçmiş müavin Baş nazir ola bilər
Ukrayna mətbuatında ölkənin mümkün Baş nazirinin kim olacağı barədə informasiyalar dərc edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın “Levıy Bereq” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Milli Bank rəhbərinin keçmiş müavini, Beynəlxalq Valyuta Fondunda ölkəni təmsil edən Vladislav Raşkovan Ukraynada Baş nazir postunu tuta bilər.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Xalqın qulluqçusu” partiyası Nazirlər Kabinetində 4-5 əsas vəzifəyə iddia edir.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Ukrayna