Berdiməhəmmədovun ölüm xəbəri təkzib edildi - Yenilənib
***
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Qovorit Moskva” Avrasiya Problemləri Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayeva istinadən məlumat yayıb.
Bildirilib ki, türkmənbaşının ölümü haqqında Aşqabadda çalışan iş adamları məlumat veriblər. Onlar iddia edirlər ki, Berdiməhəmmədov məzuniyyətdə olarkən vəfat edib. Prezidentin böyrək çatışmazlığından öldüyü deyilir.
Qeyd edək ki, Q.Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb.
Azvision.az
Teqlər: Türkmənistan