"Orkestr üçün sponsor axtarırıq" - Otto Hauzer

   "Orkestr üçün sponsor axtarırıq" -    Otto Hauzer
  19 İyul 2019    Oxunub:1703
"Biz yeni yaradılan kamera orkestrinin maliyyə xərclərinin qarşılanması üçün sponsor axtarırıq".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gələcəkdə ansamblın öz büdcəsi yaradılacaq: "Hazırda ansamblın fəaliyyətini daha da yüksək səviyyədə davam etdirməsi üçün sponsor axtarırıq. Biz istəyirik ki, ansambl öz xərclərini qarşılasın. Ansambl məşhurlaşdıqca öz-özünə maliyyəşdirəcək".

İmkanlardan istifadə edib alman orkestrləri və Azərbaycandan olan birgə orekstlərin tədbirlərini, görüşlərini geniş şəkildə həyata keçirmək istəyirik deyə O.Hauzer qeyd edib:

"Hazırda Almaniyada Azərbaycandan olan tələbələr və elmi işçilər təhsillərini davam etdirir. Almaniyadan Azərbaycana musiqi təhsilini artırmaq üçün gələnlərin sayını artırmaq da bu məqsədlərdəndir. Çünki Azərbaycan musiqisi, xüsusilə muğamı elə dərin sahədir ki, bu sahədə xaricilər azərbaycanlılardan çox şey öyrənə bilər.
Mədəniyyət sahəsində bununla bağlı işlər çoxdur və tədbirlər keçirilə bilər".

Qeyd edək ki, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Almaniya   Ansambl   Orkestr  





Xəbər lenti