Xətaidə intihara cəhd edən şəxs xilas edilib - Yenilənib

Xətaidə intihara cəhd edən şəxs xilas edilib -  Yenilənib
  19 İyul 2019    Oxunub:2372
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qülləli kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin qülləli kranın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Bakı   FHN   İntiharacəhd  





Xəbər lenti