" "ASAN xidmət"ə 30 milyondan çox müraciət daxil olub" - Ülvi Mehdiyev

  19 İyul 2019    Oxunub : 3281
 " "ASAN xidmət"ə 30 milyondan çox müraciət daxil olub" - Ülvi Mehdiyev
"Bu günə qədər "ASAN xidmət"ə 30 milyondan çox müraciət daxil olub. Bu da o deməkdir ki, "ASAN xidmət" milyonlarla insana xidmət edir".
Azvision.az -ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədri bildirib ki, dövlət sektorunda innovasiyalar dünya üçün yeni bir sahədir:

"Müasir texnologiyalar sürətlə inkişaf edir. Bəzi inkişaf etmiş ölkələrdə süni intellekt tətbiq edilir. Azərbaycan da bu sahədə geridə qalmayıb, ölkəmizdə hazırda bu istiqamət inkişaf edir. Hazırda 10 ölkədə "ASAN Xidmət" modelinin tətbiqi ilə bağlı ciddi işlər aparılır və sazişlər imzalanır. Həmçinin, Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir".

Ü.Mehdiyev qeyd edib ki, "Mygov" artıq praktik xidmətlərə keçən platformaya çevrilib və bu, vətəndaşların rifahının yüksəlməsində böyük rol oynayır.

Azvision.az

Teqlər: ASANxidmət   ÜlviMehdiyev