Binəqədidə taxta, Nərimanovda mebel sexi yanıb

Binəqədidə taxta, Nərimanovda mebel sexi yanıb
  19 İyul 2019    Oxunub:1967
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 300 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta məmulatı, 5 m² sahədə taxta yonqarı və tullantıları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta materialları, tullantıları və yaxınlıqda dayanan “Ford” markalı yük avtomobilinin arxa təkərləri yanıb. Tikilinin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti