Dənizdə batan 14 nəfər xilas edilib

  18 İyul 2019    Oxunub : 781
Dənizdə batan 14 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları batma təhlükəsi ilə üzləşən 14 nəfəri xilas edib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir, Qızılqum, Şirvan, Bilgəh, Yevlax, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Azvision.az


Teqlər: FHN   Dəniz   Batma