Elçin Quliyev yaralı sərhədçiyə baş çəkib - VİDEO

  18 İyul 2019    Oxunub : 11640
 Elçin Quliyev yaralı sərhədçiyə baş çəkib - VİDEO
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər Ceyhun Bayramova baş çəkib.
Azvision.az xəbər verir ki, DSX rəisi yaralı əsgərə göstərdiyi xidmətə görə təşəkkür edib.

E.Quliyev görüş zamanı vurğulayıb ki, Ceyhun Bayramov kimi oğullar hesabına dövlət sərhədlərinin təhlükəsizliyi təmin olunur: “Vətənimiz Azərbaycanın layiqli əsgərlərindənsən. Oradakı şəraiti bilirəm. Çox qürurlu bir şəraitdir. Düşmənlə üz-üzəsiniz, bir sipərsiniz. Dövlətimizin təhlükəsizliyini təmin edirsiniz”.

Qeyd edək ki, 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulmuş, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb.



Azvision.az

Teqlər: