Bakıda 4 prokurorluq əməkdaşına töhmət verilib

    Bakıda 4 prokurorluq əməkdaşına töhmət verilib
  18 İyul 2019    Oxunub:2176
Bakıda 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Azvision.az -ın məlumatına görə, bu barədə iyulun 18-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə müxtəlif xətalar törətdiklərinə görə 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət elan edilib.

Azvision.az



Teqlər: BakıŞəhərProkurorluğu  





Xəbər lenti