Şəhid Mühüd Orucovun anım mərasimi keçirilib

  18 İyul 2019    Oxunub : 820
Şəhid Mühüd Orucovun anım mərasimi keçirilib
Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzində aprel şəhidi kapitan Mühüd Orucovun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə millət vəkilləri, “Qazax Xeyriyyə” İctimai Birliyinin və şəhidin ailə üzvləri, döyüş yoldaşları, ”N” hərbi hissənin şəxsi heyəti, Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərkəzin rəisi vəzifəsini icra edən mayor İlkin Qayıbov tədbiri açaraq şəhidin həyatından, keçdiyi döyüş yolundan danışıb. Bildirilib ki, 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış M.Orucov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.



Millət vəkili Adil Əliyev qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir.

Şəhidin əmisi Elşad Orucov şahid ailələrinə olan xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlığınmı bildirib.
Tədbirdə “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri professor İlham Pirməmmədov, Azərbaycan Respublikası Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, şəhid zabitin döyüş yoldaşları mayor Elnur Kərimov və Elcan İmamverdiyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və digərləri çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz açıblar.



Mərasimdə tanınmış şair, publisist Fəridə Ləmanın şəhidə həsr etdiyi “Mühüdüm - Şəhidim” adlı kitabı da təqdim olunub.

Tədbirin bədii hissəsində şəhidə həsr olunmuş videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik musiqiləriylə çıxış ediblər.



Azvision.az

Teqlər: Şəhid   MühüdOrucov