Bu il Azərbaycanda kimlər vətəndaşlıq alıb?

 Bu il Azərbaycanda kimlər vətəndaşlıq alıb?
  18 İyul 2019    Oxunub:2086
"Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi yaşamaq üçün icazə almaq istəyənlərin sayında 31 faiz azalma müşahidə olunub. Bu icazələr üçün əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrin vətəndaşları müraciət edib".
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, Azərbaycanda daimi yaşamaq üçün 1 694 nəfərə icazə verilib: "Onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşlarıdır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Vətəndaşlıq   Müraciət   DMX  





Xəbər lenti