Beş ildə 1211 nəfər Azərbaycana readmissiya edilib

  Beş ildə 1211 nəfər Azərbaycana readmissiya edilib
  18 İyul 2019    Oxunub:2147
"2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1 211 şəxs readmissiya edilib. Bu, əsasən Avropa ölkələrindən olub" .

Azvision.az -ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Xidmət rəisi qeyd edib ki, bu şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət ediblər, nəticə əldə edilə bilməyiblər:

"Dövlət Miqrasiya Xidməti onlar geri qaytarıldıqdan sonra ehtiyaclarının öyrənilməsi istiqamətində işlər görür. Bura səhiyyə, təhsil və.s aiddir".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Readmissiya   Miqrasiya  





Xəbər lenti