Azərbaycanda 23 min məktəbli müxtəlif işlərdə çalışıb

 Azərbaycanda 23 min məktəbli müxtəlif işlərdə çalışıb
  18 İyul 2019    Oxunub:1574
Ötən il Azərbaycanda məşğul əhali arasında 15-17 yaşda olanların sayı 22,7 min nəfər olub.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu yaş qrupunda olanlar əsasən iqtisadiyyatın kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ticarət, nəqliyyat vasitələrinin təmiri, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində fəaliyyət göstəriblər.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məşğul   Əhali   Statistika  





Xəbər lenti