Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

   Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb
  17 İyul 2019    Oxunub:1258
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməmişdir. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Azvision.az


Teqlər: Hərbilisey   İmtahan   DİM  





Xəbər lenti