AZAL-ın təyyarəsi havada quşla toqquşub

   AZAL-ın təyyarəsi havada quşla toqquşub
  17 İyul 2019    Oxunub:4417
Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.

Azvision.az




Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti