Əhalinin sayı açıqlanıb: Qadınlar kişilərdən çoxdur

   Əhalinin sayı açıqlanıb:    Qadınlar kişilərdən çoxdur
  17 İyul 2019    Oxunub:2314
İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Azvision.az


Teqlər: Əhali   azərbaycan  





Xəbər lenti