“Meqafon” Azərbaycan xalqından üzr istədi

  15 İyul 2019    Oxunub : 2643
 “Meqafon” Azərbaycan xalqından üzr istədi
Rusiyanın ən böyük mobil operatoru olan "Megafon" Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçuk bildirib.

Şirkət rəsmisi qeyd edib ki, "Megafon"un saytında qondarma "Dağlıq Qarabağ Respublikası" səhvən müstəqil dövlət kimi göstərilib və buna görə Azərbaycan xalqından üzr istəyirlər.

“Səhvimizi düzəltmişik. Üzr istəyirik. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”,- deyə Mixalçuk əlavə edib.

Qeyd edək ki, “Meqafon” şirkəti öz saytında “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib və separatçılar üçün kommunikasiya xidmətləri təklif edib.

Azvision.az

Teqlər: Meqafon   Qarabağ