11-ci sinif şagirdi olimpiadanın bürünc medalını qazanıb

11-ci sinif şagirdi olimpiadanın bürünc medalını qazanıb
  14 İyul 2019    Oxunub:1483
İyulun 7-14-də İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib.
Azvision.az xəbər verir ki, azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb.

Cəlilabad şəhəri Nizami adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti