BNA -dan küləklə bağlı xəbərdarlıq

BNA -dan küləklə bağlı xəbərdarlıq
  13 İyul 2019    Oxunub:1597
Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, BNA hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə edir:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib".

Azvision.az



Teqlər: BNA   külək  





Xəbər lenti