Ramin Quluzadə Gəncədə qəbul keçirib

Ramin Quluzadə Gəncədə qəbul keçirib
  12 İyul 2019    Oxunub:1822
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Gəncədə vətəndaş qəbulu keçirib. Vətəndaşlarla görüş mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyul ayında vətəndaşları qəbulu cədvəlinə əsasən təşkil olunub.
Nazirlikdən Azvision.az a verilən məlumata görə, qəbuldan öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Azərbaycan xalqının milli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Görüş zamanı Gəncə və Goranboy sakinlərinin nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Nazir vətəndaşların şikayət və təkliflərini diqqətlə dinləyərək müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra vətəndaş müraciətləri yerindəcə həll edilib.

Həlli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Qəbuldan sonra keçirilən müşavirədə vətəndaş müraciətlərinə dair geniş müzakirə aparılıb, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyi vurğulanıb.

Azvision.az


Teqlər: Qəbul   Nazir  





Xəbər lenti